Arxiv
16 Oktyabr 2021, 11:30 | DÜNYA
Arutyunyandan 200 milyonluq fırıldaq– Paşinyan QƏRAR VERƏCƏK

Ermənistan hakimiyyəti son vaxtlar Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində fəaliyyət göstərən terrorçu lider Arayik Arutunyandan narazı qalıb.

 

Modern.az Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Arutunyanın əvəzlənməsi barədə düşünür.

“Paşinyan Qarabağa ayrılan maliyyə yardımı ilə bağlı audit təşkil etməyi düşünür. Ermənistan büdcəsindən ayrılan vəsaitlərin konkret hansı işlərə xərcləndiyi məlum deyil”.

 

Qəzet Paşinyan hökuməti Qarabağa ayırdığı 200 milyon dollar vəsaitin təyinatı üzrə xərclənmədiyini, yeyinti və korrupsiya hallarının vüsət alması barədə çoxsaylı şikayətlər alıb.

 

“Paşinyanın Arutunyana inamının itdiyi lakin hazırda daha ciddi problem olduğu üçün bu məsələyə sonra baxılacağı gözlənilir”- deyə qəzet yazıb.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv