Modern.az

“Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi

“Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi”

16 Oktyabr 2021, 11:43

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi.

 

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı "Twitter" səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: "Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir