Modern.az

Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR

Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR

16 Oktyabr 2021, 12:16

Füzuli Hava Limanına beynəlxalq status verilib.


Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.


Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

 


Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı