Modern.az

Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü

Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü

16 Oktyabr 2021, 12:40

Rusiyada koronavirusa yoluxma və ölüm halları kəskin artıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, son sutkada virusdan ölənlərin sayı 1002-yə çatıb. Ötən 24 saat ərzində 33 208 yeni yoluxma faktı da qeydə alınıb.

 

Ümumilikdə, pandemiya başlayandan bəri Rusiyada 222 315 nəfər COVID-19-un qurbanı olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı