Arxiv
16 Oktyabr 2021, 13:01 | AKTUAL
Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək

Azad edilmiş ərazilərdə minatəmizləmə istiqamətində Fransa ilə sənədin imzalanması nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Modern.az-a verilən məlumata görə, ANAMA-nın sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki səfiri Zakari Qrosun müşayiət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.

 

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib:

"Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransa Respublikasının mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv