Modern.az

İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası

İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası

17 Oktyabr 2021, 08:58

Bidzina İvanişvilinin biznes mərkəzi qarşısında sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirilir.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, ərazidəki etirazçılar və polis arasında gərginlik yaşanmaqdadır.

 

Etirazçılar ərazidəki divarlara şəkillər yapışdırmaq istəsələr də polis onlara imkan vermir. Hazırda 3 nəfərin saxlanıldığı bildirilir.

 

Hüquq mühafizə orqanı əməkdaşları etirazçıları biznes mərkəzinin girişindən uzaqlaşdırmağa çalışır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır