Arxiv
17 Oktyabr 2021, 10:45 | MƏDƏNİYYƏT
Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi

Tanınmış karikaturaçı rəssam Seyran Cəfərli Mədəniyyət Nazirliyinə etiraz əlaməti olaraq beynəlxalq tədbirdə Azərbaycanı adına yarışmaqdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə C.Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun göndərdiyim müraciətimə susqunluğu səbəbiylə etiraz olaraq, bu gündən istirak etdiyim Beynəlxalq Karikatura Yarışlarında Türkiyə adından istirak etməyə qərar verdim”,-deyə S.Cəfərli yazıb.


Seyran Cəfərli peşəkar karikaturaçı rəssam kimi dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub.
 2003-cü ildə "Karikaturistlər Birliyi"ni təsis edib. 2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. 2008-ci ildən "Yumor" satirik jurnalının təsisçisi və baş redaktorudur.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv