Modern.az

Türkiyədən yeni əl qumbaraatanı

Türkiyədən yeni əl qumbaraatanı

Aktual

17 Oktyabr 2021, 13:51

Türkiyədə 40 mm-lik TG40-BA əl qumbaraatanı istehsal edilib.

 

Modern.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir "Anadolu" agentliyinə açıqlamasında qumbaraatanı ölkənin müdafiə sahəsində idxaldan asılılığının minimuma endirilməsi istiqamətində atılacaq növbəti addımlar adlandırıb.

 

Onun sözlərinə görə, TG40-BA bir neçə növ sursatla istifadəyə hazır olan ilk yerli qumbaraatandır. TG40-BA-nın 446 mm və 451 mm-lik döyüş sursatları ilə təchiz ediləcək.

 

Qumbaraatan tənzimlənən optik nişangahla təmin edilib. Optik nişangah düşmənin 800 metrə qədər məsafədəki obyektini dəqiq vurmaq imkanına malikdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı