Modern.az

ADR partiyaya çevrildi - Fotolar

ADR partiyaya çevrildi - Fotolar

17 Oktyabr 2021, 15:58

Azərbaycan Demokratiya və Rifah hərəkatı (ADR) partiyaya çevrilib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın rəhbəri Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, oktyabrın 17-si 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirakı ilə ADR Partiyasının təsis qurultayı keçirilib:

 

"Qurultay partiyanı təsis etdi, Nizamnamə və Proqramını qəbul etdi, sədrini, MNTK üzvlərini seçdi, Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verdi.


Mən növbəti 4 il üçün partiyanın sədri seçildim. Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizlərdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!