Modern.az

Hindistanda leysanda 18 nəfər öldü

Hindistanda leysanda 18 nəfər öldü

18 Oktyabr 2021, 00:50

Hindistanın cənubunda yerləşən Kerala vilayətində bütün gün davam edən şiddətli yağışlar nəticəsində 18 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri yazıb.

 

Leysan yağışları zamanı onlarla insanın itkin düşdüyü bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

 

Əyalətdə yağışlardan sonra güclü sel və torpaq sürüşmələri baş verib.

 

Qeyd edək ki, 2018-ci ildə eyni vilayətdə şiddətli yağışlar nəticəsində 223 nəfər ölüb və yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu