Modern.az

Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist vəfat edib

Allah rəhmət eləsi̇n

18 Oktyabr 2021, 10:12

Tanınmış televiziyaçı, Əməkdar jurnalist, 2002-ci ildən Prezident təqaüdçüsü Tamilla Haşımova uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat edib.

 

Bu barədə Modern.az-a mərhumun oğlu kinorejissor Murad İbrahimbəyov məlumat verib.

 

Görkəmli teatr rejissoru, xalq artisti Məhərrəm Haşımov və xalq artisti Rahilə Ginzburqun ailəsində doğulmuş Tamilla xanım uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışlb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. İstedadlı təşkilatçı olan Tamilla xanım yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib. Çoxlu sayda sənədli filmlərin ssenari müəllifi olub.  

 

Teleradio tarixinin araşdırıcısı, professor Qulu Məhərrəmli Tamilla Haşımovanın vəfatını televiziya sənəti üçün ağır itki kimi qiymətləndirib. Onun Azərbaycan televiziyasının inkişafında böyük rolu olduğunu deyən professorun fikrincə, Tamilla xanım təkcə AzTV üçün forma və məzmunca yeni olan veriliş layihələrinin gerçəkləşməsinə rəhbərlik etməyib, həm də gənc rejissor və redaktorlar nəslinin  yetişməsinə əhəmiyyətli  töhfə  verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla çalışırlar.

 

Tamilla Haşımova dünən torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər