Arxiv
18 Oktyabr 2021, 11:04 | ALLAH RƏHMƏT ELƏSİN
Keçmiş mətbuat katibi vəfat etdi

Qocaman jurnalist Yolçu Xanvəli dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli bildirib. Onun sözlərinə görə, jurnalist bu gün vəfat edib. 

 

Yolçu Xanvəli bir neçə gün əvvəl infarkt keçirmişdi. O, Bakıdakı 5 Saylı Xəstəxanada müalicə olunurdu.


Yolçu Xanvəli 1963-cü ildə anadan olub. “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.


Allah rəhmət eləsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv