Arxiv
18 Oktyabr 2021, 13:14 | TƏHSİL
20 nömrəli məktəb-lisey koronavirusa görə BAĞLANDI

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

 

Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

 

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv