Modern.az

Daha bir universitetdə tələbələr koronavirusa YOLUXDU

Daha bir universitetdə tələbələr koronavirusa YOLUXDU

18 Oktyabr 2021, 14:22

Daha bir universitetdə COVID-19 aşkarlandığından dərslər onlayn rejimdə davam etdiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində ötən həftəsonu 3 tələbənin COVID-19 testi pozitiv çıxıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

 

Universitetin mətbuat katibi Sevinc İsgəndərova Modern.az-a faktı təsdiqləyib.

 

O bildirib ki, universitetin Nəqliyyat və logistika fakültəsindən 1 tələbə, Energetika və avtomatika fakültəsindən 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsindən 1 tələbənin  COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir