Modern.az

Şəhid əmioğluların məzarı bərpa edilir - FOTO

Şəhid əmioğluların məzarı bərpa edilir - FOTO

18 Oktyabr 2021, 14:48

Birinci Qarabağ müharibəsində şəhid olmuş iki əmioğlunun erməni vandalları tərəfindən dağıdılmış məzarı 28 ildən sonra bərpa edilib.

Modern.az xəbər verir ki, Cəbrayıl rayon sakinləri - Mübariz və Şahin Qasımovlar Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş döyüşçülər idi.

Ermənilər Cəbrayılı işğal edəndən sonra şəhid məzarlarına qarşı xüsusilə amansızlıq nümayiş etdiriblər. Düşmən hər yerdə şəhid qəbirlərini yerlə-yeksan edib. Əmioğlular Mübariz və Şahin Qasımovların məzarı da düşmənin alçaq əməllərinə tuş gəlib
 
Qeyd edək ki, baş leytenant Mübariz Qasımov 28 iyun 1992-ci il tarixində keçmiş Hadrut rayonunun Sur kəndinin ermənilərdən təmizlənməsində xüsusi qəhrəmanlıq göstərmiş və şəhid olmuşdu.

Baş leytenant Mübariz Qasımov sonralar Milli Qəhrəman adına təqdim olunsa da, təqdimat baxılmamış qalıb.

M.Qasımovun qərəmanlığına şahidlik etmiş keçmiş döyüşçü, Qarabağ Qaziləri İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri İxtiyar Hüseynov:

“Mübariz mənim gözümün qabağlnda 17 erməni döyüşçünü məhv edib. Düşmənin 3 müşahidə məntəqısini dağıdıb. Döyüşlərin birində ermənləri pərən-pərən salmış, yüzlərlə döyüşçünün önünü açaraq, onlara yüksəkliyə qalxmağa şərait yaratmışdı. Elə həmin axırıncı postu götürəndən sonra şəhid oldu. Mən döyüş yoldaşı kimi o vaxt nə lazımdırsa, yazıb vermişdim. İndi Cəbrayıl işğaldan azad olunub. Yəqin ki, müvafiq qurumlar Mübariz haqda vəsatət qaldırar və haqq öz yerin tapar”.

Baş leytenantın əmisi oğlu Şahin Qasımov 1993-cü il avqustun 15-də şəhid olub. Onun nəşini 5-6 gündən sonra döyüş meydanından götürmək mümkün olmuşdu.

Hər iki şəhid yanaşı dəfn olunub.

Bu günlərdə şəhid əmioğluların Cəbrayıldakı dağıdılmış məzarı bərpa olunur.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər