Modern.az

Amnistiya verilsə, daha çox məhkuma şamil ediləcək

Amnistiya verilsə, daha çox məhkuma şamil ediləcək

Ölkə

18 Oktyabr 2021, 15:28

“Milli Məclis tərəfindən Zəfər Günü münasibətilə Amnistiya aktı qəbul edilə bilər”.

 

Bunu Modern.az-a 8 Noyabr Zəfər Günü ilə bağlı amnistiya olacağı haqqında iddialardan danışarkən “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. O xatırladıb ki, sonuncu amnistiya 2016-cı ildə qəbul olunub:

 

“Azərbaycan son 200 ildə ilk dəfə bu qədər böyük bir qələbə çalıb. Belə mühüm bir hadisə ilə bağlı amnistiya olmasını istisna etmirəm.

Amnistiya təşəbbüsü ilə müxtəlif təsisatlar çıxış edə bilər. Sonuncu dəfə  amnistiya təşəbbüsü Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Ümumiyyətlə, ölkəmizdə qəbul edilmiş son 4 amnistiya aktının təşəbbüskarı Mehriban Əliyevadır. 2007, 2009, 2013, 2016-cı illərdə qəbul edilən amnistiya aktları nəticəsində 40 minə yaxın şəxs cəzadan və cinayət məsuliyyətindən, minlərlə insan azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib. Bu, humanizm nümunəsidir”.

 

Hüquq müdafiəçisi onu da diqqətə çatdırıb ki, müstəqillik dövründə qəbul edilən 11 amnistiya aktı ilə 123 mindən artıq şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunub:

 

“Qeyd etdiyim kimi amnistiya aktlarının qəbul edilmə tezliyi 5-4 il müddətində olub. Sonuncu dəfə 2016-cı ildə amnistiya olduğunu nəzərə alsaq, 5 il sonra, Zəfər bayramında amnistiyanın qəbulu ehtimalı böyükdür.

Düşünürəm ki, bu akt geniş olmalıdır. İndiyə qədər amnistiya 9-10 min şəxsi əhatə edirdi. İnanıram ki, növbəti dəfə amnistiya verilərsə, daha çox insana şamil ediləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub