Modern.az

Strateji yüksəklik Azərbaycanın nəzarətinə keçib? - Ermənistandan AÇIQLAMA

Strateji yüksəklik Azərbaycanın nəzarətinə keçib? - Ermənistandan AÇIQLAMA

Qərbi Azərbaycan

18 Oktyabr 2021, 16:15

Azərbaycanın Zəngilan rayonu ilə Ermənistanın Qafan şəhərinin sərhəddində yerləşən Ağdağ (ermənilər "Pelasar" deyirlər-red.) zirvəsi Azərbaycana qaytarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Qafan rayonu icmasının rəhbəri Qevorq Parsyan bildirib.

 

“Bizim Pelasar (Ağdağ) dediyimiz dağ bütünlüklə Azərbaycanın nəzarətinə keçib. 2 gün əvvəl dağın bir tərəfi bizim, digər tərəfi azərbaycanlıların nəzarətində idi. Dünən artıq zirvə bütünlüklə azərbaycanlılardadır”,-deyə Parsyan söyləyib.

Amma Ermənistan Sərhəd Xidməti yayılan məlumatı təkzib edib. Xidmətdən yayılan məlumata görə, Ağdağ istiqamətində mövqe dəyişikliyi olmayıb və tərəflər öz yerlərində qalıblar.

 

Azərbaycan ərazisinə düşən Ağdağ zirvəsi Qafanla yanaşı, Əkərək şəhərinə, ətraf kəndlərə də vizual nəzarət imkanı verir.

 

Ağdağ zirvəsi Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar