Arxiv
18 Oktyabr 2021, 17:18 | MƏDƏNİYYƏT
700 bal toplayan gənclər evləndi - FOTO

Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun toy mərasimi keçirilib.

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədəki "Azərbaycan Universitetləri" səhifəsində yayılıb.

Məlumata görə, evlənən gənclər - Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ilin qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub.

Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv