Modern.az

Romanovların zinət əşyaları satışa çıxarılır

Romanovların zinət əşyaları satışa çıxarılır

18 Oktyabr 2021, 20:56

Cenevrədəki “Sotheby's” hərrac evi Oktyabr inqilabı ərəfəsində Rusiyadan gizli şəkildə çıxarılan Romanovlar ailəsinin yaşadığı evin zinət əşyalarını satışa çıxaracaq.

 

Modern.az xəbər verir ki, bu barədə bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.

 

Hərracda 300-500 min ABŞ dolları dəyərində olan sapfir və brilyantdan ibarət bir dəst broş və bir cüt sırğa satılacaq.

 

Broş və sırğaların İmperator II Nikolayın xalası Mariya Pavlovnaya aid olduğu bildirilir. Hərrac noyabrın 10-da keçiriləcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir