Modern.az

İran Rusiyadan qırıcılar almaq istəyir

İran Rusiyadan qırıcılar almaq istəyir

18 Oktyabr 2021, 21:30

İranın Rusiyaya səfər edən Baş Qərargah rəisi Məhəmməd Baqeri Moskva ilə qırıcı və helikopter alınması barədə danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Baqrei “Fars” agentliyinə açıqlamasında məlumat verib.

 

O qeyd edib ki, hava vasitələrinin alınması barədə müqavilələr BMT-nin İrana tətbiq etdiyi silah embarqosunun sona çatmasından sonra imzalanacaq.

 

Baqeri hansı növ təyyarə və helikopter alınması barədə məlumat verməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI