Arxiv
19 Oktyabr 2021, 10:37 | ÖLKƏ
Azərbaycanlı vəkil Haaqa Məhkəməsində Ermənistanı İFŞA ETDİ

Azərbaycanın Ermənistanla bağlı şikayəti əsasında Hollandiyanın Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iclas keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan tərəfini məhkəmədə xarici işlər nazirinin müavini  Elnur Məmmədov təmsil edib. O, BMT-ni Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

 

Elnur Məmmədov 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan hərbçilərinin Xocalı şəhərində azərbaycanlılara qarşı etnik təmizləmə apardığını diqqətə çatdırıb.

“Ermənistan hərbçilərinin gözündə onların yeganə günahı etnik azərbaycanlı olmaları idi”,-deyə Məmmədov faciə barədə məlumat verib.

 
E.Məmmədovun sözlərinə görə minaların yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı onilliklərdir apardığı etnik təmizləmə kampaniyasının davam etdirilməsi deməkdir.

Azərbaycan nümayəndəsi Ermənistanın bu günə qədər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını diqqətə çatdırıb. Rəsmi Bakı Ermənistandan vurulmuş zərərə görə kompensasiya tələb edir və məhkəmə prosesinin davam etdiyi müddətdə gərginliyin qarşısını almaq üçün müvəqqəti məhdudlaşdrıcı tədbirlər görməsini istəyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv