Arxiv
19 Oktyabr 2021, 10:48 | ZƏNGƏZUR
Moskvada üçtərəfli komissiyanın iclası KEÇİRİLƏCƏK

Sabah Moskvada Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli komissiyanın iclası keçiriləcək.

 

Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Ermənistandan iclasda baş nazirin müavini Mqer Qriqoryan iştirak edəcək. Onunla birlikdə Moskvaya xarici işlər nazirinin müavini Armen Qevondyan, ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan da gedəcək.

 

Oktyabrın 20-21-i tarixlərində baş tutacaq səfər zamanı üçtərəfli komissiya tərkibində müzakirələr olacaq. Görüşdə Azərbaycandan baş nazirin müavini Şahin Mustafayev və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak edəcək. 

 

Komissiyanın iclasında Zəngəzur dəhlizi və digər nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda yeni iqtisadi layihələrin icrası müzakirə ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv