Modern.az

Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI

Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI

19 Oktyabr 2021, 11:02

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb. Bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

 

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib:

 

“Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

 

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir