Arxiv
19 Oktyabr 2021, 11:35 | DÜNYA
İran prezidentindən nüvə danışıqlarına dair AÇIQLAMA

İran Prezidenti İbrahim Rəisi Tehran hökumətinin nəticəyə əsaslanan nüvə danışıqlarına sadiq olduğunu bildirib.

Modern.az xəbər verir ki, canlı yayımdakı çıxışında prezident İran xalqına müraciət edib.

İbrahim Rəisi deyib ki, xalqın dolanışığını nüvə danışıqlarına bağlamayacaqlar:

“İran heç vaxt danışıqlar masasından ayrılmadı. Nəticə yönümlü danışıqlara sadiqik. Xarici İşlər Nazirliyində və digər platformalarda artıq danışıqların İran İslam Respublikası üçün nəticə verməsinin lazım olduğu söylənildi. Qarşı tərəfin sanksiyaları ləğv etməyə hazır olması bunun ciddiliyinə işarə ola bilər”.