Arxiv
19 Oktyabr 2021, 11:30 | DİASPOR
Riqada Azərbaycanla bağlı AKSİYA

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Latviyada fəaliyyət göstərən “Azəri” gənclər təşkilatının təşəbbüsü ilə Riqa şəhərində 18 oktyabr – Azərbaycanın  Müstəqilliyinin Bərpasının ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.

 

Modern.az xəbər verir ki, “Azəri” gənclər təşkilatının sədri, Baltikyanı Ölkələrdəki Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi Amil Səlimov bildirib ki, şəhərin izdihamlı yerlərində quraşdırılmış elektron reklam lövhələrində Bakı şəhərinin təsviri fonunda “Təbrik edirik! 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür!” məlumatı yerləşdirilib.

 

Qeyd edək ki, iş adamı və siyasətçi Amil Səlimovun təşəbbüsü ilə Latviya paytaxtında Azərbaycanın tarixi günlərinə həsr olunmuş məlumatlandırıcı aksiyalar keçirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv