Arxiv
19 Oktyabr 2021, 16:42 | MEDİA
Xoşqədəm Hidayətqızına yeni vəzifə verildi

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ARB telekanalında vəzifə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov bildirib.

 
Onun sözlərinə görə, Xoşqədəm Hidayətqızı ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri təyin edilib.

Eyni zamanda, Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.


""Səni axtarıram” həftəiçi 5 gün, saat 16:00-da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, - deyə M.Əsgərov bildirib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv