Modern.az

Azərbaycanda baş redaktor vəfat edib

Azərbaycanda baş redaktor vəfat edib

19 Oktyabr 2021, 17:08

Ömrünü bölgə mətbuatına həsr etmiş həmkarımız, respublikanın Əməkdar jurnalisti, Neftçalanın “Gündoğar” qəzetinin baş redaktoru Habil Əsədov vəfat edib.

Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.

Bakı Dövlət Universitetinin məzunu olmuş H.Əsədov 1973-cü ildən həyatını “Gündoğar” (o zamankı “Oktyabr bayrağı”) qəzetinə bağlayıb. O, həmin illərdə yeni formalaşmaqda olan rayonun quruculuq işlərində də bir jurnalist kimi böyük əmək sərf edib, rayonda mətbuat ənənələrinin, ümumən ictimai fikrin inkişafında xidmətlər göstərib.

Allah rəhmət eləsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi