Modern.az

“Mədəniyyət” telekanalına yeni direktor TƏYİN OLUNDU

“Mədəniyyət” telekanalına yeni direktor TƏYİN OLUNDU

19 Oktyabr 2021, 17:11

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.

   
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

  
Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir