Modern.az

Facebook adını dəyişir

Facebook adını dəyişir

Hadisə

20 Oktyabr 2021, 07:47

Facebook sosial şəbəkəsi, İnstaqram xidməti və WhatsApp mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Verge portalı mənbələrə istinadən məlumat yayıb.
 

Məlumata əsasən, Facebook-un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

 

Qeyd edilir ki, Facebook-un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.


Facebook sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Sukerberq tərəfindən yaradılıb. O, hazırda ABŞ-ın ən varlı adamlarından biridir. Bu il sentyabrın əvvəlinə olan məlumata görə, Mark Sukerberqin varidatı 134,5 milyard dollar təşkil edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi