Modern.az

Zəngilan hansı iqtisadi potensiala malikdir?

Zəngilan hansı iqtisadi potensiala malikdir?

20 Oktyabr 2021, 11:30

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür. Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının da 18 kəndinin işğaldan azad olunduğunu bildirmişdi.


Zəngilan rayonu hansı iqtisadi potensiala malikdir?


Modern.az-ın məlumatına görə, Zəngilanın iqtisadi potensialından danışan deputat Vüqar Bayramov bildirib ki, 5 qəsəbə və 79 kəndə sahib olan rayon Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.


“Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq.

Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur.

Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistic habına çevirəcək.

Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi