Arxiv
20 Oktyabr 2021, 11:30 | DİASPOR
“Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı qələbəmiz münasibətilə “Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.

 

Modern.az xəbər verir ki, 18-19 oktyabr Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş zamanı səsləndirilən əsər böyük rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, Oman Sultanlığının paytaxtı Maskatda yaşayan azərbaycanlı musiqiçi, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Vüsalə Əmirbəyova Yaponiya, Sinqapur, Tailand, Rusiya, Almaniya, Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edərək  bir çox mükafatlara layiq görülüb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Üzəyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev yaradıcılığı ilə bağlı beynəlxalq konfranslarda təqdimatlar həyata keçirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv