Modern.az

Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR

Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR

20 Oktyabr 2021, 12:05

Türkiyə Qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan Gedik Kaynak Azərbaycanda Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində əlaqə ofisini açıb.

 

Modern.az-ın məlumatına görə, 20-22 oktyabr tarixləri arasında Baku Build sərgisində yerini alan Gedik Holdinq  məhsullarını tanıdı və müştəriləri ilə görüşüb.

 

Neftçalada yeni istehsal müəssisəsinin və Bakıdakı əlaqə ofisinin açılışı münasibətilə təşkil edilən tədbirə  Azərbaycanın iş adamları və dövlət rəsmiləri dəvət edilib.

 

Gedik Kaynak şirkəti 2022 və 2023-cü illər sırasıyla 9000 ton/il elektrod istehsalı və satışını planlaşdırır. Satışların 75%-i daxili bazara çıxarılacaq, 25%-i isə ixrac olunacaq.

MDB ölkələrinə, xüsusən də Türk ölkələrinə ixrac satışlarının həyata keçirilməsi planlaşdırılır. 2023-cü ildən sonra güc artımı və məhsul müxtəlifliyi təmin ediləcək, istehsal həcminin ildə 20.000 tona, şirkətin dövriyyəsinin isə 50.000.000 AZN-ə çatdırılması nəzərdə tutulur.

 

Gedik Holdingin təməli 1963 -cü ildə qaynaq materialları istehsalçısı olaraq Gedik Kaynak ilə qoyulub.
Gedik Kaynak bu illər ərzində ticari həyatını uğurla davam etdirib və sektorunda liderə çevrilib. Gedik Holdinq daha sonra döküm, vana, kapital bazarları və təhsil kimi bir çox sektoru fəaliyyət sahələrinə qatıb, həmin sahələrdə lider şirkətləri ilə Türkiyənin ən köklü və ən dəyərli qurumlarından birinə çevrilib.

 

Gedik Holdinq-də 1500-dən çox insan çalışır. Yeniliklərə və investisiyalara verdiyi əhəmiyyətlə Gedik Holdinq hər keçən gün böyüyən, özünü qlobal və yerli iqtisadi şərtlərə və dəyişikliklərə uyğunlaşdıra bilən, strateji sahələrdəki inkişafı yaxından izləyən və tez reaksiya verən böyük bir cəmiyyətə çevrilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir