Modern.az

Metroda həyəcanlı anlar - Qatar boşaldıldı

Metroda həyəcanlı anlar - Qatar boşaldıldı

Aktual

20 Oktyabr 2021, 15:28

Bu gün “Bakı Metropoliteni”nin “Neftçilər” stansiyasında həyəcanlı anlar yaşanıb. Bu səbəbdən “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

 

Bu barədə Modern.az-a məlumat verən “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, nasazlığa görə sərnişinlər “Neftçilər” stansiyasında qatardan düşürülüb:

 

“Qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!