Arxiv
20 Oktyabr 2021, 15:53 | AKTUAL
Türkiyədə metro çəkilişində PARTLAYIŞ

Türkiyənin Kocaeli vilayətində metro çəkilişində qazıntılar zamanı nəzarətsiz qalan dinamit partlayıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə vilayətin Darıca qəsəbəsində qeydə alınıb.

 

Partlayış nəticəsində ətrafa səpilən dağıntılar nəticəsində çox sayda maşın zədələnib, insanlar yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralılara hadisə yerindəcə ilkin tibbi müdaxilə edildikdən sonra xəstəxanaya yerləşdiriblər. Hadisə anı təhlükəzilik kameraları tərəfindən lentə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv