Arxiv
20 Oktyabr 2021, 16:01 | AKTUAL
Səhiyyə Nazirliyinin infeksionisti: "Həmin vətəndaşlar virusa yenidən yoluxa bilər"

Ölkədə 5 milyona yaxın vətəndaş koronavirus əleyhinə peyvənd vurdurub. Vaksinlərin müşahidə edilən yan təsirlərinin əksəriyyəti yüngül dəyərləndirilir. Həmin yan təsirlər maksimum 2-3 sutka ərzində keçib gedir.


Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində "COVID-19 peyvəndləri" mövzusunda danışarkən deyib.

Mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil:

"Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Koronavirus infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil: "Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Onu da qeyd edim ki, hansısa xroniki xəstəliyin kəskinləşdiyi dövrdə peyvənd vurdurmaq tövsiyə edilmir. Belə olan halda, birinci və ya ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv