Arxiv
20 Oktyabr 2021, 16:06 | AKTUAL
Baş infeksionist: “Məktəblərin bağlanmasının tərəfdarı deyilik”

“Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik. Məktəblərin bağlanmasının tərəfdarı deyilik”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.

 

T.Eyvazov qeyd edib ki, hələ ki, belə hallar təhsil müəssisələrində bağlanma qərarının verilməsi üçün çox deyil:

 

“Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.

 

Onun sözlərinə görə, qarşıdakı günlərdə yoluxmada artım davam edəcək:

“Bu gözlənilən idi. Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv