Arxiv
20 Oktyabr 2021, 16:14 | AKTUAL
“Açıq mikrofon” Samuxda

"Azəriqaz" İstehsalat Birliyi sahibkarlara dəstəyini davam etdirir. İstər Bakı və Bakıətrafı qəsəbələrdə, istərsə də regionlarda sahibkarlarla mütəmadi görüşlər keçirilir, Birliyin rəhbər şəxsləri onların qayğıları ilə maraqlanır.

 

Modern.az xəbər verir ki, elə bu məqsədlə "Azəriqaz" İB-nin növbəti "Açıq mikrofon"u Samux sahibkarlarının ixtiyarında olub. Samux rayonunda təşkil olunan görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və Birliyin digər rəhbər şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən sahibkarlar əsasən ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını xahiş ediblər. Baş direktorun müavini ünvanlanan hər bir müraciətin araşdırılaraq Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağını bildirib.

 

"Səyyar qəbul otağı'"nın imkanlarından istifadə etmək üçün ətraf qəsəbələrdə, yeni yaşayış massivlərində yaşayan xeyli vətəndaş "Açıq mikrofon" aksiyası baş tutan ünvana üz tutub. Onlar əsasən payız-qış aylarında üzləşdikləri çətinliklərdən söz açaraq yaşadıqları ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Səslənən hər müraciət qeydə alınıb.

Qeyd edək ki, bu, "Azəriqaz" İB-nin sayca 22-ci "Açıq mikrofon" aksiyasıdır. Bundan sonra da Birlik sahibkarlara lazımi dəstəyi davam etdirəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv