Modern.az

Ermənistan əhalisinin 10%-i bu ölkədə işləyir  

Ermənistan əhalisinin 10%-i bu ölkədə işləyir  

Dünya

20 Oktyabr 2021, 16:15

 Avrasiya İqtisadi Komissiyasının rəsmisi İya Malkina geniş açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayına həsr olunmuş iclasda Malkina Avrasiya İqtisadi Birliyində əmək və miqrant statistikasına toxunub. Onun sözlərinə görə 6 ayda Rusiya ərazisinə Birliyə üzv ölkələrdən 738 min əmək miqrantının gəldiyini açıqlayıb.

 

Onlardan 385 min nəfəri Qırğızıstan, 202 mini Ermənistan, 81 mini Belarus və 70 min nəfəri isə Qazaxıstan vətəndaşlarıdır. Rusiyada qeyri-leqal yaşayan ermənilərin sayının isə 100 mindən çox olduğu bildirilir.

 

Beləliklə, rəsmi məlumatlara görə, 2,9 milyon əhalisi olan Ermənistanın 300 mindən çox vətəndaşı faktiki olaraq Rusiyada yaşayır. Bu isə əhalinin 1-%-dən çoxu deməkdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü