Modern.az

İran yük maşınlarına Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ

İran yük maşınlarına Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ

20 Oktyabr 2021, 17:15

İranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonuna girişi qadağan edilib.

Modern.az saytı xəbər verir ki, bu barədə İranın "Mehr" Agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib.

Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi