Modern.az

“Avroviziya-2022”də iştirak edəcək ÖLKƏLƏR

“Avroviziya-2022”də iştirak edəcək ÖLKƏLƏR

Aktual

21 Oktyabr 2021, 08:18

Gələn il İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində 41 ölkənin iştirakı təsdiqlənib. 

 

Modern.az xəbər verir ki, bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.

 

66-cı yarışmada Azərbaycanla yanaşı, qonşu ölkələrdən Rusiya, Gürcüstan və Ermənistan da iştirak edəcək.

 

Qeyd edək ki, “Avroviziya-2022”nin yarımfinalları mayın 10 və 12-də, finalı isə mayın 14-də keçiriləcək. 

 

Xatırladaq ki, bu il keçirilən “Avroviziya”da İtaliyanın “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb və birinciliyə layiq görülüb. Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər