Modern.az

Amerikanın azərbaycanlı çempionu: “Ən böyük arzum Şuşaya getmək idi”

Amerikanın azərbaycanlı çempionu: “Ən böyük arzum Şuşaya getmək idi”

21 Oktyabr 2021, 10:09

O, 2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən "Qış milli cüdo çempionatı"nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib…

Söhbət cüdo üzrə üçqat Amerika çempionu Zaur Cəlildən gedir.

 
Zaur Cəlil Vətən müharibəsindən sonra keçirlən daha bir yarışda qazandığı qələbəsini doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr etdiyini bildirib. Onun əsas arzusu Şuşanı ziyarət etmək idi.


2006-cı ildən ABŞ-da yaşayan cüdoçu nəhayət bu il arzularını reallıqlaşdıraraq, azad Şuşaya gedib.

Cüdo üzrə üçqat Amerika çempionu Şuşa təəssüratlarını Modern.az-la bölüşüb.


“Şuşa ilə bağlı yaddaşımızda çox gözəl, unudulmaz xatirələr qaldı. Uzun müddətdir ki, arzularımızdan biri torpaqlarımızı geri almaq, hamılıqla gedib Şuşanı görmək idi. Şükürlər olsun ki, arzularımız gerçəkləşdi. Bu qələbəmizi qazanmamızda bizə yardımçı olan hər kəsə öz təşəkkürümü bildirirəm. Başda isə şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şuşa haqqında çox şey danışmaq olar. Görmədən öncə bəlkə bu qədər düşünə bilməzdik. Amma gedib görəndən sonra necə bir qüvvətli orduya sahib olduğumuzun bir daha şahidi olduq.

Şuşadan gələndən sonra xaricdə yaşayan dostlarımız təbrik mesajları göndərirlər. Bu isə bizi qürurlandırır. İndi biz çox rahatlıqla dünyanın hər yerində alnıaçıq gəzə bilərik, çünki torpaqlarımız azaddır.

Bundan sonra amalımız hər zaman Azərbaycan bayrağını yüksək tutmaqdır. Müharibə davam edən zaman biz xaricdə demək olardı ki, yata bilmirdik. İnanın ki, ürəyimiz çırpınırdı. Azərbaycanın hər dəqiqəsindən xəbər almağa çalışırdıq, xaricdə də öz vəzifəmizi yerinə yetirirdik. Bir tək pandemiya bizim də gəlib müharibədə iştirakımıza mane oldu. Savaşdan sonra keçirilən yarışda qızıl medal almaqla qazandığım qələbəni Vətənimə həsr etdim. Bundan sonra da çalışacam ki, bayrağımız hər zaman yüksəklərdə dalğalansın”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir