Arxiv
21 Oktyabr 2021, 10:32 | HADİSƏ
Məmmədovla Avetisyanın “işbirliyi” 26 nəfəri öldürdü

Rusiyanın Yekaterinburq şəhərində 26 nəfərin keyfiyyətsiz içkidən zəhərlənməsi ilə bağlı 2 nəfər həbs olunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, metil spirtini vodka adı ilə satanlar Gürcüstan və Azərbaycan vətəndaşlarıdır. Onlar Sverdlovsk vilayətində 26 nəfərin ölümü ilə nəticələnən saxta içki partiyasını ticarət köşklərinə satmışdılar.

 

Oktyabrın 7-dən 20-nə qədər milliyətcə azərbaycanlı 54 yaşlı Nadir Məmmədov və milliyətcə erməni 42 yaşlı Armen Avetisyan həmin saxta içkiləri Yekaterinburq şəhərində satıblar.

Bu zaman 26 nəfərin ölümü ilə yanaşı, 20-yə qədər insan da xəstəxanaya yerləşdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv