Arxiv
21 Oktyabr 2021, 10:34 | İQTİSADİYYAT
Türkiyənin məşhur şirkəti Qarabağda öz filialını AÇACAQ

Türkiyə qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan Gedik Kaynak şirkəti Azərbaycandakı Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində əlaqə ofisini açıb.

 

20-22 oktyabr tarixləri arasında Baku Build sərgisində yerini alan Gedik Holdinq, məhsullarını tanıtdı və müştəriləri ilə görüşdü.

 

Gedik Holdinq-in İdarə Heyətinin sədri Hülya Gedik Modern.az saytına açıqlama verib.

 

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 5 milyard dollar səviyyəsindədir:

 

“Gedik Holdinq olaraq Azərbaycanı öz evimiz kimi görürük və burada türk keyfiyyəti ilə yerli istehsala başladığımız üçün qürurluyuq. Bu gün Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi 5 milyard dollardır. Hədəfimiz bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Düşünürəm ki, bu məqsədə asanlıqla çata bilərik.

 

Uzun illərdir Türkiyədən ixrac etdiyi məhsullarla Azərbaycan bazarında istehsala başlayan Gedik Kaynak, Azərbaycanın qaynaq materialları bazarında 1 nömrəli olmağı hədəfləyir. Gedik Holdinq yeni dövrdə Azərbaycanda Gedik Termo məhsullarının bazar payını artırmağı hədəfləyir”.

 


H.Gedik qeyd edib ki, Gedik Qaynaq həm də bu sahəni öyrənmək istəyənlər üçün Azərbaycanda təlimlər keçəcək:

 

“Azərbaycanda qaynaq sahəsində indiyə qədər olmayan bir xidmət təqdim edəcəyik. Eyni zamanda, bu prosesin Türkiyədə olduğu kimi Azərbaycanda da təhsilini öyrənmək istəyənlər üçün imkan yaradacağıq.

 

Qaynaq elə bir sahədir ki, bunun təhsili yoxdur. Amma biz Azərbaycandakı ofisimizə bu sahədə peşəkar olan təlimçilərimizi gətirib, öyrənmək istəyənlərə yardım edəcəyik. Bizi də digər qaynaq şirkətlərindən fərqləndirən cəhət  budur.

 

Gedik Təhsil Fondu nəzdində təhsil sahəsində Gedik Test Mərkəzi və İstanbul Gedik Universitetinin təcrübəsini Azərbaycana gətirəcək şirkətimiz, Azərbaycanda qaynaq sektoru üçün peşə təlimləri verəcək.

 

Gedik Holdinq təhsil və istehsal sahəsindəki bilik və bacarıqları ilə Türkiyədə olduğu kimi, Azərbaycanda da fərq yaradacaq”.

 

Müsahibimizin sözlərinə görə, gələcək zamanda Qarabağda da Gedik Kaynaq-ın filialını açacaqlar:

 


“Biz bu işə 1963-cü ildə alman firması ilə başladıq. Amma indiki zamanda onlara ehtiyacımız yoxdur, çünki öz xammalımızı özümüz istehsal edirik.

 

Düşünürəm ki, bu, bizim Azərbaycanda tək işimiz olmayacaq. Gələcək zamanlarda Azərbaycanın əzəli Qarabağ torpaqlarında da öz firmamızın filialını açacağıq”.

 

Qeyd edək ki, Gedik Kaynak Gedik Termo Vana və Gedik Müasir Tökmə Texnologiyaları şirkətləri, Ankara, Bursa, Antalya, İzmir, Adana, Trakya, Ərzurum, Kayseri, Konya, Samsun, Eskişehir, İstanbul baş ofisi və bölgə ofisləri ilə geniş satış və xidmət təcrübəsinə malikdir. Avropadakı müştərilərinə daha sürətli xidmət göstərmək üçün Qrup 2009 - cu ildə Hollandiyada Gedik Europe adı ilə satış ofisi açıb. Bundan əlavə, Qrupun Amerika, Rusiya, Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada ortaqları var.

 

Gedik Holdinq hər şeyə ehtiyacı olan Gedik Kaynak, Gedik Termo Vana və Gedik Tökmə məhsullarının şaxələndirilməsi və tutumunun artırılması məqsədi ilə Sakarya Hendek 2 -ci Mütəşəkkil Sənaye Bölgəsində 261.700 m² sahədə yeni və müasir bir obyekt qurub.

 

Gedik Holdinq 1994 - cü ildə sosial məsuliyyət anlayışı və əlaqəli sektorlarda, xüsusən qaynaq sahəsində ixtisaslı kadr ehtiyacının ödənilməsinə kömək etmək üçün Gedik Təhsil və Sosial Yardım Fondunu da yaardıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv