Modern.az

Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

21 Oktyabr 2021, 10:55

Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı