Modern.az

Prezident təqaüdçüləri - Gələcək hüquqşünasın SİRRİ: “Qidalanmama fikir verirdim” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri - Gələcək hüquqşünasın SİRRİ: “Qidalanmama fikir verirdim” - MÜSAHİBƏ

21 Oktyabr 2021, 11:10

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

 

Modern.az saytı Prezident qaüdçüri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

 

Nazim Eldəniz oğlu Çələbiyev Bakıdakı “Tərəqqi” texniki-humanitar liseyini bitirib. O, builki  qəbul imtahanlarında 677,8 bal toplayaraq, Bakı Dövlət Universitetinə qəbul olunub.

Prezident təqaüdünə layiq görülən tələbə BDU-nun Hüquq fakültəsində təhsil alır.

 

Nazim əldə etdiyi uğurin sirrini Modern.az-la bölüşüb:

 

- Nazim, uşaqlıq arzun nə olub? Özündən “böyüyəndə kim olacam” deyə soruşmusan?

 

- Uşaq vaxtımdan arzum hüquqşünas olmaq idi və bu arzumu reallaşdımaq yolunda addımlayırdım. Artıq BDU-da təhsil alıram. İnanıram ki, savadlı və təcrübəli hüquqşünas olacam.

 

- Ali ktənecə hazırlaşırdın? Hazırlıqlara gedirdinmi? Öndən ksək ticə zləyirdin?

 

- Bəli, hazırlıqlara getmişəm. Əlbəttə ki, məqsədim yüksək nəticə göstərmək idi və çox çalışaraq buna nail oldum.

 


-
Universitetə hazırlıq ddətində ən çox stəyi kimdən alırdın?

 

- Həm ailəm, həm də müəllimlərim mənə çox dəstək olublar. Buna görə onlara öz təşəkkürümü bildirirəm.

 

- Asudə vaxtın olurdumu? Məsələn, sosial şəbəkələrdən istifadə edirdin? 


- Sözsüz ki, asudə vaxtım olurdu və boş vaxtları səmərəli keçirməyə çalışırdım. Musiqi dinləyərək, idmanla məşğul olaraq, müəyyən qədər istirahət edirdim. Sosial şəbəkələrdən də  istifadə edirdim, lakin burada çox vaxt keçirməməyə çalışırdım. 


- Bəzən analar övladının sevmədiyi bir qida olsa belə, məcburən yedizdirir ki, zehnin güclənəcək. Sən necə, yaddaşının güclü olması üçün xüsusi qidalardan istifadə edirdin?
 


- Xüsusi qidalardan istifadə etməsəm də, gündəlik qidalanmama fikir verirdim. Çünki imtahanlara hazırlaşmaq üçün güclü, sağlam bədənə malik olmağa ehtiyac var. 


- Qazandığın
uğurla bağlı daha hansı sirri bölüşə bilərsən?
 

- Uğurumu çox çalışmaqla bərabər, həm də heç vaxt ümidsizliyə qapılmamağa borcluyam. Sözsüz ki, bəzən çətin tapşırıqlarla da rastlaşırdım və səhvlərim olurdu. Ancaq bu 

səhvlər məni ruhdan salmırdı, əksinə daha əzmlə çalışmağa sövq edirdi.

 

- Ailəneçə övladsız? Bacı ya qardaşın ali hsil alır?

 

- Ailədə 4 uşağıq. İki bacım və bir qardaşım var. Böyük bacım və qardaşım Azərbaycan Tibb Universitetində təhsil alırlar. Kiçik bacım isə orta məktəbdə oxuyur. 


- kdə imtahan verəcək abituriyentlərə hansı slətlərinin var?

-
Əvvəla, gələcəkdə imtahan verəcək hər kəsə uğurlar arzulayıram. Demək istəyirəm ki, öz məqsədlərinə çatmaq üçün çox çalışsınlar. Qarşılarına çıxan çətinliklərdən qorxmasınlar. Öz arzularını gerçəkləşdirmək üçün əziyyət çəkməyə hazır olsunlar. Və hər zaman müsbət əhval-ruhiyyədə olmağa çalışsınlar. Bəzən insanın öz mənfi düşüncüləri onun gələcək uğurlarının qarşısına sədd çəkir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır