Modern.az

Millimiz FİFA reytinqində yenə gerilədi

Millimiz FİFA reytinqində yenə gerilədi

21 Oktyabr 2021, 11:20

Milli komandaların FİFA reytinqi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, hesabat dövründə keçirilən DÇ-2022-nin seçmə oyunları və yoldaşlıq görüşləri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

 

Bu, Azərbaycan yığmasından da yan ötməyib. Seçmə mərhələdə iki oyun keçirən Canni de Byazinin yetirmələri İrlandiyaya 0:3, Serbiyaya isə 1:3 hesabı ilə məğlub olub.

 

Bu iki matçın nəticəsində millimiz 11 xal itirib. 1146 xala malik komandamız dünyanın 119-cusudr. Yığmamız ötən ayla müqayisədə 2 pillə geriləyib. Yeni Zelandiya, Tacikistan, CAR, Tailand yığmaları millimizi arxada qoyub.

 

Qardaş Türkiyə yığması 1460 xalla 39-cudur. “Ay-ulduzlular” 2 addım irəliləyib.

 

Qeyd edək ki, Belçika (1832) və Braziliya (1820) ilk iki pillədəki mövqeyini qoruyub. Fransa (1779) isə ötən ay İngiltərəyə təhvil verdiyi 3-cü pilləni geri alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir