Modern.az

119 nəfər toylara buraxılmadı

119 nəfər toylara buraxılmadı

Aktual

21 Oktyabr 2021, 11:15

Oktyabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, monitorinq 58 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139.1.1-ci(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!