Arxiv
21 Oktyabr 2021, 17:39 | ÖLKƏ
Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB

Bərdədə hamilə qadının ölümü ilə bağlı rəsmi məlumat açıqlanıb.

 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü Hüseynova Nailə Mürvət qızı  tibb müəssisəsinə sağ tərəfli boru hamiləliyi diaqnozu ilə daxil olub:

 

“20 oktyabr 2021-ci ildə üzərində tuboektomiya əməliyyatı icra edilib. Əməliyyat saat 15:40-da başlayıb, 16:20-də bitib. Xəstə səhər saatlarında çarpayıdan qalxarkən qəflətən vəziyyəti pisləşib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, vəfat edib.

 

İlkin ehtimala əsasən, onun ölümünə ağciyər arteriyasının trombemboliyası səbəb olub”.

 

 

***

13:12

 

Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.

 

Modern.az xəbər verir ki, rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəsanasına yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.

  

Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv