Modern.az

Ərdoğan Azərbaycan səfərindən danışdı: “Proqramda Bakıya getmək yoxdur”

Ərdoğan Azərbaycan səfərindən danışdı: “Proqramda Bakıya getmək yoxdur”

21 Oktyabr 2021, 14:24

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Amma səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

 

Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb.

"Bakı proqramda yoxdur, amma inşallah hava limanını açacağıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. O günkü proqramda, ümid edirəm ki, orada hava limanını və bir neçə magistral yolunu açacağıq və kənd təsərrüfatı ilə bağlı bəzi addımları atacağıq. Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətimiz dəyişməz olaraq qalır.
Yeri gəlmişkən, bizim minaaxtaran maşınlardan Azərbaycana da verdik. Onlar da yüksək qiymətləndirilib. Bu maşınlar mina təmizləmə işində çox uğurludur". 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı