Modern.az

Ərdoğandan İrana sual - “Sizin bu hərəkətləriniz məntiqlidirmi?”

Ərdoğandan İrana sual - “Sizin bu hərəkətləriniz məntiqlidirmi?”

21 Oktyabr 2021, 14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.

 

O qeyd edib ki, İran Naxçıvan sərhədində və Cənubi Qafqazda hərbi aktivlik nümayiş etdirir:

 

"İran bir tərəfdən də Azərbaycanın İsrail ilə əlaqələrinə işarə edir. Türkiyənin Qafqazda aktiv və daimi faktora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi və bu isti böhrana çevriləcəkmi?", - Türkiyə Prezidenti vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür